Yoxlama məntəqəsi Rustavi-Qırmızı körpü yolunda [video]

2020-03-23 14:10:53

Marneuli bələdiyyəsinin dörd girişi də bağlıdır. Yoxlama məntəqəsinin biri Rustavi-Qırmızı körpü avtomobil yolunda yaradılıb. [ვიდეო/video]

Qeyd olunan yolda, Marneuliyə giriş və çıxış sərt şəkildə idarə olunur.

Marneuliyə sadəcə o şəxsləri buraxırlar, hansılar ki bələdiyyədə yaşayırlar, və bəzi səbəblərə görə Marneulidən çıxıblar. Onlar Marneuliyə qayıtdıqdan sonra, bələdiyyəni tərk edə bilməyəcəklər.

Marneuli bələdiyyəsindən çıxış ciddi şəkildə nəzarət edilir. Süni baryeri keçmək sadəcə tranzit avtomobillərinə icazə verilir. Məntəqəni tərk edənə qədər avtomobillər dezinfeksiya olunur.

"İnfo Rustavinin" məlumatına görə, hər bir nəqliyyat vasitəsinin qırmızı körpü istiqamətində hərəkəti məhdudlaşdırılacaq.

Rustavi-Qırmızı körpü yolunda yaradilan yoxlama məntəqəsinə polislər və müdafiə işçiləri nəzarət edir.

Marneuli Munisipaliteti Meriyasının məlumat xətti : 591 95 95 09