Marneuli və Bolnisi karantinə alınıb

2020-03-23 12:28:42

Marneuli və Bolnisi bələdiyyələri sərt karantin rejiminə keçdi - bu barədə, Gürcüstanın baş naziri Qiorqi Qaxaria məlumat verib.

Bu günnən etibarən, səhiyyə işçiləri, hər bir evə gedib, yerli sakinləri yoxlayacaqlar.

"Bu gündən qadağan olunur: munisipalitetin ərazisinə girmək və ərazini tərk etmek. Bütün obiyektlər bağlanır, yalnız ərzaq məhsulları, dərman ve xəstəxanalar əlçatan olacaq. Içtimai nəqliyyat qadağan olunacaq. Həmçinin, kənd təsərrüfatı işlərini yerinə yetirmək üçün yer dəyişmək olar, bu isə səhiyyə nazirliyinin pratakoluna müvafiq olaraq mümkün olacaq. Munisipalitetin ərazisini fövqəladə vəziyyətinin yerinə yetirilməsini daxili işlər nazirliyi təmin edəcək" - dedi Qiorqi Qaxaria.

Marneuliyə və Bolnisi bələdiyyələrinə sərt karantin rejimi tətbiq olunduğu üçün giriş və çıxış qadağandir.

Marneuli Munisipaliteti Meriyasının məlumat xətti : 591 95 95 09